Menyu

AFFA prezidenti Fernandu Santuşla görüşüb

Nərmin Qocamanlı
AFFA prezidenti Fernandu Santuşla görüşüb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Fernandu Santuş ilə görüşüb.

"Operativ Media" qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə yığmanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib. Söhbət zamanı, həmçinin Azərbaycan futbolunun inkişafına dair gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AFFA Fernandu Santuşla 3+1 illik müqavilə imzalayıb.

Teqlər:

"AFFA prezidenti Fernandu Santu\u015fla g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər