Menyu

Sautqeyt: "İngiltərənin heç vaxt etmədiyini etməyə çalışacağıq"

Əziz Əzizli
Sautqeyt: "İngiltərənin heç vaxt etmədiyini etməyə çalışacağıq"
1 dəq oxu

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt Avro-2024-dəki hədəflərindən danışıb.

"Operativ Media" xəbər verir ki, o, İngiltərədən kənarda ilk dəfə titul qazanmaq istədiklərini bildirib.

"İngiltərə komandasının heç vaxt etmədiyi şeyi etməyə çalışacağıq və bu gözlənti məni həyəcanlandırır. Biz heç vaxt Avropa çempionu olmamışıq, İngiltərədən kənarda heç vaxt titul qazanmamışıq. Çoxları bu dəfə asan olacağını düşünür, lakin əvvəllər heç vaxt bu titulu qazanmamağımız bunun çox çətin olacağını vurğulayır".

İngiltərənin qrup mərhələsindəki rəqibləri Serbiya (16 iyun), Danimarka (20 iyun) və Sloveniya (25 iyun) olacaq.

Əlaqəli Xəbərlər