Menyu

"Sabah"ın yay hazırlıq planı bilindi

Əziz Əzizli
"Sabah"ın yay hazırlıq planı bilindi

“Sabah” FK-nın yay hazırlıq planı bəlli olub.

"Operativ Media" xəbər verir ki, klub növbəti mövsümün hazırlıqlarına iyunun 20-də Masazırda, “Bank Respublika Arena”da başlayacaq. İyunun 24-dən 29-dək Qəbələdə hazırlıq keçəcək “Sabah”, iyulun 1-də təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Çatej-ob-Savi qəsəbəsində məskunlaşacaq "bayquşlar" 4 yoxlama oyunu keçirəcək. İyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə bu ölkənin “Rux” (Lvov) komandası ilə qarşılaşacağıq. Masazır təmsilçisi iyulun 18-də Bakıya qayıdacaq. 

Qeyd edək ki, ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. "Sabah" Konfrans Liqasında oyunlarını iyulun 25-də və avqustun 1-də keçirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər