Ana səhifə / İdman / AÇ-2024: Belçika məğlubiyyətlə başladı AÇ-2024: Belçika məğlubiyyətlə başladı 17.06.2024, 22:02 Əziz Əzizli Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub. "Operativ Media" xəbər verir ki, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub. Xatırladaq ki, E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələmişdi. AÇ-2024 E qrupu 17 iyun Belçika – Slovakiya 0:1 Qol: Şrants, 7. Baş hakim: Halil Umut Meler (Türkiyə). Frankfurt. “Valdstadion”. Teqlər: "A\u00c7-2024: Bel\u00e7ika m\u0259\u011flubiyy\u0259tl\u0259 ba\u015flad\u0131"