AL: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq
Əziz Əzizli
Bu gün Nyonda (İsveçrə) Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Operativ Media" xəbər verir ki, “Zirə”nin də rəqibi bu gün məlum olacaq.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komandası püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Onların potensial rəqibləri aşağıdakı komandalardır:
“Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Krakov, Polşa), “Pafos” (Kipr) və “Pakşi” (Macarıstan).
İlk oyunlar iyulun 11 və 18-də keçiriləcək.
Püşkatma saat 17:00-da başlayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net