Ana səhifə / İdman / "Zirə"nin Avropadakı rəqibi - "Şerif" "Zirə"nin Avropadakı rəqibi - "Şerif" 19.06.2024, 10:07 Əziz Əzizli "Zirə" klubu Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq. "Operativ Media" xəbər verir ki, "Şerif" klubu 2023/2024 mövsümünü Moldova Super Liqasında 2-ci yerdə tamamlayıb. Moldova təmsilçisi ev oyunlarını 12746 nəfərlik "Şerif Main Arena"da keçirir. Klubda legioner futbolçuların sayı 28-dir Komandanı 47 yaşlı ukraynalı baş məşqçi Yuriy Gura idarə edir. O, kluba 2024-cü ilin mayında qoşulub. Klubun ən bahalı futbolçusu 25 yaşlı burkina fasolu yarımmüdafiəçi Sedrik Badolodur. Onun bazar dəyəri 750.000 avrodur. Ötən mövsüm Moldova çempionatında komandanın ən çox qol vuran futbolçusu Sedrik Badolodur. O, 7 qolla komandasının ən məhsuldar futbolçusudur. Klubun ümumi dəyəri isə 10,5 milyon avrodur. Komanda meydanda 4-3-3 sxemi ilə mübarizə aparır. “Zirə” və “Şerif” arasında ilk oyun iyulun 11-də səfərdə, cavab matçı isə iyulun 18-də Bakıda keçiriləcək. Teqlər: "\"Zir\u0259\"nin Avropadak\u0131 r\u0259qibi - \"\u015eerif\""