Menyu

"Qarabağ"ın potensial rəqiblərinin sayı 4-ə düşdü

Əziz Əzizli
"Qarabağ"ın potensial rəqiblərinin sayı 4-ə düşdü

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

"Operativ Media" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Ağdam klubu püşkatmada səpələnmişlər səbətində yer alacaq.

Artıq Qurban Qurbanovun komandasının mümkün rəqiblərinin sayı azalıb. Rəqiblər “Yagelloniya” (Polşa) və 3 cütlükdən ibarətdir.

“Qarabağ”ın potensial rəqibləri:

“Yagelloniya” (Polşa)

“Flora” (Estoniya) – “Çelye” (Sloveniya) cütünün qalibi

“Virtus” (San-Marino) – “Styaua” (RUmıniya) cütünün qalibi

“Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul – 30/31 iyulda keçiriləcək

Teqlər:

"\"Qaraba\u011f\"\u0131n potensial r\u0259qibl\u0259rinin say\u0131 4-\u0259 d\u00fc\u015fd\u00fc"

Əlaqəli Xəbərlər