Ana səhifə / İdman / AÇ-2024: Şotlandiya İsveçrə ilə heç-heçə etdi AÇ-2024: Şotlandiya İsveçrə ilə heç-heçə etdi 20.06.2024, 07:47 Əziz Əzizli Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Şotlandiya – İsveçrə matçı başa çatıb. "Operativ Media" xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib – 1:1. Qarşılaşmada hesabı şotlandlar açıblar. 13-cü dəqiqədə Skott Matkominey fərqlənib. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb. A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib. AÇ-2024 A qrupu 19 iyun Şotlandiya – İsveçrə 1:1 Qollar: Skott Maktominey, 13 – Cerdan Şaqiri, 26. Baş hakim: İvan Krujlyak (Slovakiya). Köln, “Reyn Energi” stadionu. Xal: Almaniya – 6. İsveçrə – 4. Şotlandiya – 1. Macarıstan – 0. Teqlər: "A\u00c7-2024: \u015eotlandiya \u0130sve\u00e7r\u0259 il\u0259 he\u00e7-he\u00e7\u0259 etdi"