"Sabah" "Makkabi Hayfa" ilə Macarıstanda oynayacaq
Əziz Əzizli
"Sabah” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrail “Makkabi”si (Hayfa) ilə ilk oyununu Macarıstanda keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Futbol Federasiyası və İsrail Xarici İşlər Nazirliyi qərar qəbul edib.
İsraildə müharibə şəraiti davam etdiyi üçün sözügedən qurumlar klubların avrokuboklardakı ev oyunlarının keçirilməsinə görə Macarıstana müraciət ediblər.
Yekun qərara əsasən, Təl-Əviv “Makkabi”sinin, Hayfa “Makkabi”sinin və “Hapoel”in avrokuboklardakı ev oyunları Macarıstanda təşkil olunacaq.
Konfrans Liqasında 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək. “Sabah” ilk oyunu səfərdə, cavab görüşünü isə Bakıda keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net