20 İyun 2024, 09:52
Konfrans Liqası: "Sabah"ın İsraildən olan rəqibi - "Makkabi Hayfa"
Konfrans Liqası: "Sabah"ın İsraildən olan rəqibi - "Makkabi Hayfa" şəkil
Konfrans Liqası: "Sabah"ın İsraildən olan rəqibi - "Makkabi Hayfa"

"Sabah" klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin "Makkabi" Hayfa klubu ilə qarşılaşacaq.

"Operativ Media" xəbər verir ki, "Makkabi" Hayfa klubu 2023/2024 mövsümünü İsrail çempionatında 55 xalla 2-ci yerdə tamamlayıb. Çempion isə 62 xal toplayan Makkabi Təl-əviv klubu olub.

İsrail təmsilçisi ev oyunlarını 30780 nəfərlik "Sammi Ofer" stadionunda keçirir. Lakin hal-hazırda İsraildə davam edən müharibə səbəbiylə Sabahla oyunu Macarıstanda keçirəcək.

Klubda legioner futbolçuların sayı 10-dur.

Komandanı 38 yaşlı israilli baş məşqçi Messay Dego idarə edir. O, kluba 2023-cü ilin iyulunda qoşulub. 

Klubun ən bahalı futbolçusu 19 yaşlı israilli sağ vinger Anan Xalailidir. Onun bazar dəyəri 5 milyon avrodur.

Klubun ümumi dəyəri isə 27,21 milyon avrodur.

Ötən mövsüm İsrail çempionatında komandanın ən çox qol vuran futbolçusu haitili Frantzdy Pierro olub. O, 14 qolla komandasının ən məhsuldar futbolçusudur.

Komanda meydanda 5-3-2 sxemi ilə mübarizə aparır.

“Sabah” və “Makkabi” Hayfa arasında ilk oyun iyulun 25-də Macarıstanda, cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.

Son xəbərlər
Qar uçqununa düşən hərbçilərin nəşləri tapılıb
21 Mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək
Fernandu Santuş: "Sabahkı matç bizim üçün çox vacibdir"
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan və Ermənistanla danışıqlar əhəmiyyətlidir
21 Mart 2025, 16:48
Son iki gündə Bakıdan bölgələrə 28 minə yaxın sərnişin daşınıb
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq
Kobaxidze azərbaycanlıları təbrik edib