"Operativ Media" xəbər verir ki, "Araz-Naxçıvan"ın üzvləri iyunun 25-dən 27-dək tibbi müayinədən keçəcək. Yeni mövsümün ilk məşqinə isə iyunun 28-də start veriləcək. Məşqlərini iyulun 8-dək Bakıda reallaşdıracaq “qırmızı-ağlar” yekunda bir yoldaşlıq matçında gücünü sınayacaq. Oyunun keçirilmə yeri və rəqib haqda əlavə məlumat veriləcək. Bir günlük istirahətin ardından - iyulun 10-da komanda Türkiyəyə yollanacaq. Ərzurumdakı toplanış iyulun 25-dək davam edəcək. İki həftəlik hazırlıq müddətində “Araz-Naxçıvan” 3 yoldaşlıq (iyulun 14-də, 19-da və 24-də) oyunu keçirəcək. Rəqiblərlə bağlı əlavə məlumat veriləcək.
İyulun 27-dən Bakıda məşqlərini bərpa edəcək komandamız mövsümün ilk matçına hazırlaşacaq.
Teqlər:
"\"Araz-Nax\u00e7\u0131van\"\u0131n yay haz\u0131rl\u0131q plan\u0131 b\u0259lli oldu"