Menyu

Serbiya AÇ-2024-dən çəkilə bilər

Əziz Əzizli
Serbiya AÇ-2024-dən çəkilə bilər
1 dəq oxu

Futbol üzrə 2024-cü il Avropa çempionatının B qrupunda dünən oynanan və 2-2 hesabı ilə başa çatan Xorvatiya-Albaniya matçından sonra UEFA-ya rəsmi müraciət edilib.

"Operativ Media" xəbər verir ki, bu görüşdə hər iki komandanın azarkeşləri Serbiyaya qarşı "Serbləri öldürün, öldürün, öldürün" deyə təzahürat səsləndiriblər. Ekranlara açıq-aydın əks olunan bu sloqanlardan sonra Serbiya Futbol Federasiyası hərəkətə keçib.

Serbiya Futbol Federasiyası Xorvatiya və Albaniyanı cəzalandırmaq üçün UEFA-ya rəsmi müraciət edib. Onlar bəyan ediblər ki, iki ölkə cəzalandırılmasa, turnirdən çıxmaq qərarına gələcəklər.

Əlaqəli Xəbərlər