Menyu

"Qarabağ"ın növbəti transferi məlum olub - EKSKLÜZİV

Əziz Əzizli 10072 baxış
"Qarabağ"ın növbəti transferi məlum olub - EKSKLÜZİV
1 dəq oxu

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Qarabağ" klubu transfer çalışmalarını sürətləndirib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, "Atlılar" ukraynalı futbolçu Aleksey Kaşuku heyətinə qatıb. Transferin tezliklə açıqlanacağı gözlənilir.

23 yaşlı futbolçu son mövsümü "Şaxtyor Donetsk" klubunda keçirib. 10 matça çıxan Kaşuk 3 qol vurub, 1 assist etməyi bacarıb.

Qeyd edək ki, Aleksey Kaşuk 2022/2023 mövsümünü icarə əsasında "Sabah" klubunda keçirib.

Əlaqəli Xəbərlər