Menyu

AÇ-2024: Almaniya və İsveçrə növbəti mərhələyə yüksəldi

Əziz Əzizli
AÇ-2024: Almaniya və İsveçrə növbəti mərhələyə yüksəldi

AÇ-2024-ün qrup mərhələsinin III turuna start verilib.

"Operativ Media" xəbər verir ki, birinci oyun günündə A qrupunun oyunları baş tutub.

1/8 finala vəsiqəni təmin edən Almaniya İsveçrə ilə qarşılaşıb. Matç 1-1 hesablı heç-heçə ilə başa çatıb.

Digər görüşdə isə Şotlandiya yığması Macarıstanla münasibətlərinə aydınlıq gətirib. Macarlar 0-1 hesablı qələbəyə seviniblər.

Almaniya və İsveçrə milliləri növbəti mərhələyə yüksəliblər.

AÇ-2024

Qrup mərhələsi, III tur

23 iyun

A qrupu

23:00 İsveçrə – Almaniya 1:1

Qollar: Ndoy, 28 – N.Fulkruq, 90+2

23:00 Şotlandiya – Macarıstan 0:1

Qol: Sobot, 90+10

Xal durumu: Almaniya – 7, İsveçrə – 5, Macarıstan – 3, Şotlandiya -1 xal.

Teqlər:

"A\u00c7-2024: Almaniya v\u0259 \u0130sve\u00e7r\u0259 n\u00f6vb\u0259ti m\u0259rh\u0259l\u0259y\u0259 y\u00fcks\u0259ldi"

Əlaqəli Xəbərlər