Menyu

Azərbaycan PL-nin yeni mövsümünün püşkatma mərasiminin vaxtı bilindi

Əziz Əzizli
Azərbaycan PL-nin yeni mövsümünün püşkatma mərasiminin vaxtı bilindi
1 dəq oxu

Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

"Operativ Media" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasim 16 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək

Əlaqəli Xəbərlər