12 Sentyabr 2022, 08:31
“Avatar-4" filmi çəkilir
“Avatar-4" filmi çəkilir şəkil
“Avatar-4" filmi çəkilir

Rejissor Ceyms Kemeron "Disney D23 Expo" oflayn tədbirində dördüncü "Avatar" filminin çəkilişlərinə başladığını elan edib.

 Kemeron “Avatar 3” filminin çəkilişlərinin davam etdiyini də açıqlayıb. Eyni zamanda rejissor "Avatar 2"nin post-prodakşn mərhələsində olmasına baxmayaraq, “hər şeyin yaxşı getdiyinə” eyham vurub. O, tamaşaçılara qarşıdan gələn filmin bir neçə 3D səhnəsini təqdim edib. Görüntülərdə Navi davaları, Pandora meşəsində dava və Neytiri (Zoi Saldana) ilə Ceyk Sallivan (Sam Uortinqton) arasında mübahisə əks olunub.

İkinci hissədəki hadisələr eyni Pandora adasında, lakin fərqli ərazidə baş verəcək. Baş qəhrəmanların ailəsi yaşamaq üçün okeanın kənarına köçəcək. Hadisələr orijinal hekayədən 14 il sonra cərəyan edəcək.

"Avatar 2"nin premyerası 16 dekabr 2022-ci ildə planlaşdırılır, qalan üç hissə isə müvafiq olaraq 2024, 2026 və 2028-ci illərdə hər iki ildə çıxacaq. 

Son xəbərlər
Hikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb
8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib
25 Yanvar 2025, 14:05
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb