Menyu

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Yanvarın 4-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   


Axtarışda olduğuna görə ümumilikdə 6, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər