Menyu

Bakıda qadın qətlə yetirilib - YENİLƏNİB

Nərmin Qocamanlı
Bakıda qadın qətlə yetirilib - YENİLƏNİB

Yanvarın 6-sı saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.

 

Xətai rayon prokurorluğundan "Operatov Media"ya verilən məlumata görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.
 
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

 

***

08:12

Yanvarın 6-da saat 04 radələrində paytaxtın Xətai rayonunda 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1961-ci il təvəllüdlü İlham Həşimov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər