Menyu

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Nərmin Qocamanlı
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Yanvarın 5-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər