http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Astara sakinini girov götürən şəxslər saxlanılıb

06 Yanvar 2023 , 15:23
Astara sakinini girov götürən şəxslər saxlanılıb

Yanvarın 5-də Astara rayon Polis Şöbəsinə şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəşi açmaqda şübhəli bilinən rayon sakinləri R. Məlikov və əvvəllər məhkum olunmuş A. Rzayev saxlanılıblar.

R. Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

A. Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A. Vəliyevin, A. Əliyevin və Y. Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R. Bağırovun idarə etdiyi “BMW” avtomobildə sonuncunun evinə aparmalarını, orada onu döyərək 10 000 manat pul gətirməsini tələb etmələrini və pulu gətirməsi üçün saat 2 radələrində onu buraxmalarını bildirib. 

Keçirilən tədbirlərlə A. Vəliyev, A. Əliyev, Y. Kərimov və R. Bağırov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Astara RPŞ tərəfindən araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
Menyu