http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

DYP sürücülərə xəbərdarlıq edib

06 Yanvar 2023 , 15:43
DYP sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli "Operativ Media"ya bildirib ki, yanvarın 8-dən Bakıda və Abşeron yarmadasında hava şəraitin kəskin dəyişəcəyini nəzərə alaraq sürücülər nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməlidirlər.

“Təkərlərin qış mövsümünə uyğunluğu, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə avtomobillərin idarə edilməsini tam təklükəsiz şəraitdə, ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər. Bir daha sürüclərimizdən hava şəraitinə uyğun olaraq nəqliyyat vasitəsini tam sazlığının diqqətdə saxlamağı xahiş edirik” – A.Əsgərli əlavə edib.

Qeyd edək ki, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq ölkədə hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Paytaxtda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, 10-11-də gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq.

OXŞAR XƏBƏRLƏR
Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Prezident neft sənayesi işçilərini təltif edib

Prezident neft sənayesi işçilərini təltif edib

XƏBƏR LENTİ
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
  • 17:49

    Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
Menyu