06 Yanvar 2023, 16:22
Rusiya və İrandan idxal olunan kartofda karantin tətbiq edilən orqanizm aşkar olunub
Rusiya və İrandan idxal olunan kartofda karantin tətbiq edilən orqanizm aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Operativ Media"ya verilən məlumata görə, fiziki şəxs İsbəndiyarov Cabir Babulla oğlu tərəfindən İrandan idxal edilən 23 800 kq, “Baku Fruit Delivery” MMC tərəfindən Rusiyadan idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizmlər - kartofun qonur çürüməsi bakteriyası və kartof gövdə nematodu aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Zərərli orqanizmlə sirayətlənmiş məhsullar tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.