Kürdəmirdə 28 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
Nərmin Qocamanlı
Yanvarın 6-sı saat 13 radələrində Kürdəmir rayonu ərazisində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.
Kürdəmir rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Pərviz Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Pərviz Qurbanov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.