Menyu

"Azərpoçt" və "Azərkosmos" ili zərərlə başa vurmaları ilə bağlı məlumatları əsassız hesab edir

"Azərpoçt" və "Azərkosmos" ili zərərlə başa vurmaları ilə bağlı məlumatları əsassız hesab edir

“Azərpoçt” və “Azərkosmos” ötən ili zərərlə başa vurmaları barədə yayılan məlumatları əsassız hesab edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, "Azərpoçt"da 2021-ci ildən təşkilati struktur, idarəetmə, əməliyyatlar, xərclərin optimallaşdırılması da daxil olmaqla bir neçə istiqamətdə geniş islahatlara start verilib. 2022-ci ildə də davam etdirilən islahatlar həm də gəlirlərin artması baxımından artıq öz faydasını verməkdədir.

“Azərpoçt” 2020-ci ildə yaranmış zərərin həcmini 2021-ci ildə 30% azaldıb. Daxili hesablamalar göstərir ki, həyata keçirilmiş tədbirlər nəticəsində “Azərpoçt” 2022-ci ili 3.5-4.0 milyon manat mənfəətlə başa vurub.

“Azərkosmos” son 3 ildə, ardıcıl olaraq hər il fəaliyyətini mənfəətlə başa vurub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər