09 Yanvar 2023, 09:29
Saatlıda silsilə oğurluqlar edən şəxsin evində narkotik vasitə aşkarlanıb
Saatlıda silsilə oğurluqlar edən şəxsin evində narkotik vasitə aşkarlanıb şəkil
Saatlıda silsilə oğurluqlar edən şəxsin evində narkotik vasitə aşkarlanıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən rayonun Qıraqlı kənd sakini, əvvəllər törətdiyi müxtəlif cinayətlərə görə ümumilikdə 25 il həbs həyatı yaşayan Əfqan Quliyev saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Ə.Quliyev ötən ilin noyabr-dekabr aylarında, eləcə də yanvarın 7-də rayon ərazisində yerləşən dörd fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmişlərə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurub. Bundan əlavə, qeyd edilən müddət ərzində saxlanılan şəxsin Mustafabəyli KEATS-in xidmət göstərdiyi rayonun Bəylik kəndi ərazisində uzunluğu 1200 metr olan kabel oğurlaması da müəyyən edilib. 


Həmçinin saxlanılan zaman polis əməkdaşları tərəfindən Ə.Quliyevin yaşadığı ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 6 kiloqram 100 qram olan marixuana da aşkarlanaraq götürülüb.


Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Son xəbərlər
Zaxarova: Makron nüvə silahı ilə manipulyasiya edir
Yaponiya Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayır
Ramazan ayının 19-cu gününün duası - İmsak və iftar vaxtı
Tacikistan Azərbaycanla Ermənistan arasında danışıqlar mətninin yekunlaşmasını alqışlayır
Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
ABL: "Ordu" "Lənkəran"ı məğlub etdi
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan və Braziliyanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilib