Menyu

Sabah Astaranın 5 yaşayış məntəqəsində qaz olmayacaq

Əsəd Abbaslı
Sabah Astaranın 5 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Astara rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.

"Operativ Media" xəbər verir ki, rayon ərazisində 2024-2025-ci illərin Payız-qış tədbirlər planına əsasən Maşxan kəndində orta təzyiqli qaz xəttinin üzərində diametri 150 mm-lik yeni siyirtmənin quraşdırılması ilə əlaqədar, “Ərcivan” qaz paylayıcı stansiyadan qidalanan Kijəbə qəsəbəsi, Tüləgivan, Ojəkəran, Deqədi və Səlivə kəndləri olmaqla ümumilikdə 1 900 abonentin qaz təchizatının sabah saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər