Menyu

Agentlik: Bu il 99 min nəfər işlə təmin edilib

Nərmin Qocamanlı
Agentlik: Bu il 99 min nəfər işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyul aylarında 233,1 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bu barədə "Operativ Media"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 99 min nəfəri münasib işlərlə təmin edilib, 3,2 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 10,1 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 120,8 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər