Menyu

Uğurlu nəticə əldə edən müəllim - "Müsahibədə verilən suallar asan idi"

Nərmin Qocamanlı
Uğurlu nəticə əldə edən müəllim - "Müsahibədə verilən suallar asan idi"

Xəbər verdiyimiz kimi, bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

50 264 namizəd arasından 5740 nəfər vakansiya seçimi mərhələsindən uğur qazanaraq müsahibə mərhələsinə dəvət olunub. 10 minlərlə namizəd arasından seçilmiş 5740 nəfər müsabiqənin növbəti mərhələsinə - müsahibə mərhələsinə dəvət olunub.

Müsahibə mərhələsində uğurlu nəticə göstərən texnologiya müəllimi Qasımova Həmidə təsüratlarını “Operativ Media” ilə bölüşüb:

“Mən, Qasımova Həmidə Əlişir qızı. Ağdaş Dövlət Humanitar kollecinin Texnologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2023-cü ildə müqavilə ilə bir il müəllim kimi fəaliyyət göstərmişəm. 2024-cü ildə yenidən müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 87,50 bal toplayaraq rayon üzrə birinci oldum. Bu gün artıq müsabiqədən uğurla keçən namizədlərdən biriyəm.

Texnologiya fənni üzrə muncuqdan Azərbaycan xəritəsi düzəltmişdim. Həmin xəritəni sonda komissiya üzvlərinə hədiyyə etdim. Mənə görə müsahibədə verilən suallar asan idi. İlk gündən bəri müsahibə üçün hazırlaşırdım. Daha çox şagirdin qiymətləndirilməsi, Nazirliklər və Bayraq Günü ilə bağlı suallar verdilər.

Test imtahan mərhələsində ixtisasıma aid olan bütün sualları düzgün cavablandırmışam. Bundan sonra təcrübəli müəllim kimi həyatıma davam edəcəyəm”.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə zamanı namizədlərə 10 500 vakant yer təqdim olunub. Əksər fənnlər üzrə bu il vakant yerlərdə artım müşahidə olunur. Xüsusilə sertifikasiya prosesindən sonra azərbaycan dili və ibtidai sinif üzrə ötən illə müqayisədə vakant yerlərin sayı 50% artıb.

Teqlər:

"U\u011furlu n\u0259tic\u0259 \u0259ld\u0259 ed\u0259n m\u00fc\u0259llim - \"M\u00fcsahib\u0259d\u0259 veril\u0259n suallar asan idi\""

Fotogalereya

Əlaqəli Xəbərlər