Menyu

Azərbaycanda taksi istifadəçilərinin sayı artıb

Azərbaycanda taksi istifadəçilərinin sayı artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda minik taksiləri ilə 47 184,6 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 3,7% çoxdur.

Dövlət Statistika Komitəsindən "Operativ Media"ya verilən məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə minik taksiləri ilə 45 501 min sərnişin daşınıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 994 587,9 min sərnişin daşınıb, bu da illik müqayisədə 9,1% artım deməkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər