Menyu

ANAMA sədri: Bu günə kimi 156 min hektara yaxın ərazi minalardan təmizlənib

Nərmin Qocamanlı
ANAMA sədri: Bu günə kimi 156 min hektara yaxın ərazi minalardan təmizlənib

İşğaldan azad olunan ərazilərdə indiyə qədər 156 min hektara yaxın ərazi təmizlənib, 151 mindən çox mina və PSH aşkarlanaraq zərərsizləşdirilib. Ərazidə axtarış işləri 377 qrup tərəfindən aparılır. Mina qurbanlarının sayı isə 69 nəfər olub.

"Operativ Media" xəbər verir ki, bu sözləri Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Cəbrayıl və Laçın rayonlarına növbəti səfəri davam edir. Səfərdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. İşçi qrupun üzvləri Cəbrayıl rayonunda öncə Cocuq Mərcanlı kəndi ərazisində daha sonra isə Sarıcallı kəndində minatəmizləmə əməliyyatları ilə tanış olublar.

İşçi qrup üzvləri icra edilən layihələrin gedişatını izləyiblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər