COP29-un nümayəndə heyəti üçün portal istifadəyə verilib
Redaksiya
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29-da iştirakı təsdiq edilmiş nümayəndə heyətləri üçün cop29.services tarif portalını istifadəyə verib.
“Operativ Media” xəbər verir ki, portal COP29 zamanı nümayəndə heyətlərinə göstəriləcək logistik xidmətlər və planlama prosesinin sadələşdirilməsi məqsədilə yaradılıb.
Bu resurs tədbir zamanı tələb olunan mebel, audiovizual avadanlıq və canlı yayım kimi icarə xidmətləri üzrə seçimləri müqayisə etməyə və logistik əməliyyatların daha rahat və planlı şəkildə aparılmasına imkan yaradan istifadəçi dostu interfeysi ilə təchiz edilib.
Hər bir detalı mükəmməlliklə əhatə edən portalla COP29 təcrübənizi artırın!