Menyu

Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb

Əsəd Abbaslı
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb

Avqustun 18-i gecə saat 1 radələrində Bakı-Qazaz-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu hissəsindən keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərli "KamAz" markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun "Operativ Media"ya verdiyi xəbərə görə, hadisə nəticəsində "VAZ-2106"-da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər