Menyu

Azərbaycan FHN-in amfibiya təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir

Nərmin Qocamanlı
Azərbaycan FHN-in amfibiya təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir
1 dəq oxu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

FHN-dən "Operativ Media"ya verilən məlumata görə, ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər