Menyu

Bu həftə milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

Nərmin Qocamanlı
Bu həftə milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

Aavqustun 19-dan 26-dək milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Göygöl milli parkı

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 20-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti olacaq.

Şahdağ milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi, lakin 19-20-də gündüz saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq.

Altıağac milli parkı

Əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-26° isti olacaq.

Samur–Yalama milli parkı

Şimal bölgəsinə səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 23-də gündüz, 25-də isə gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-32°isti olacaq.

Şirvan milli parkı

Turistləri sabit, yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.

Ağgöl milli parkı

Havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.

Qızılağac milli parkı

Səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.

Hirkan milli parkı

Cənub zonasına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 19-u və 20-də gündüz saatlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər