Kolleclərə qeydiyyat prosesinin müddəti uzadılıb
Nərmin Qocamanlı
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi 22 avqust saat 18:00-dək uzadılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müraciət üçün https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti seçilməlidir.
Qeydiyyatla bağlı müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net