Menyu

Gədəbəydə 29 yaşlı gənc bıçaqlanıb

Əsəd Abbaslı
Gədəbəydə 29 yaşlı gənc bıçaqlanıb
1 dəq oxu

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.

"Operativ Media" xəbər verir ki, rayon sakini, 1995-ci il təvəllüdlü X.Piroğlanov mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Oruc Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər