Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb
10 noyabr bəyanatından 31 iyul 2024-cü ilə qədər azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bununla bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, 152 min 619 ha ərazidə ümumilikdə 126 663 mina və partlamamış hərbi sursat aşkarlanıb:
"Onlardan 32 940 mina piyada əleyhinə, 19 956 mina tank əleyhinə, 73 min 767 isə partlamamış hərbi sursatdır".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net