Menyu

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Nərmin Qocamanlı
İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

İsmayıllıda polis əməkdaşlarının  keçirdikləri tədbirlər zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Ülvi Qaçayev ötmə qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sənədləri yoxlanılarkən Ü.Qaçayevin sürücülük hüququnun olmadığı məlum olub. Həmçinin onun narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından sürücü tibbi müayinədən keçirilib. Nəticədə Ü.Qaçayevin narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib. 
Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər