Menyu

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib

Əsəd Abbaslı
İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib
1 dəq oxu

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axşam saatlarında rayonun Təzəkənd kəndi ərazisində qeydə alınmış hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"a bildirilib ki, avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məsarif Rüstəmov həlak olub, digər 3 nəfər - Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Əlaqəli Xəbərlər