Menyu

Ötən gün itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb

Nərmin Qocamanlı
Ötən gün itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb
1 dəq oxu

Avqustun 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, polis əməkdaşlarının avqustun 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Əlaqəli Xəbərlər