Menyu

Novxanıda avtomobil qaçıran şəxs tutulub

Nərmin Qocamanlı
Novxanıda avtomobil qaçıran şəxs tutulub
1 dəq oxu

Avqustun 19-u saat 14 radələrində Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısından paytaxt sakini olan bir qadına məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər