DİN: Sosial şəbəkələrdə azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb

Nərmin Qocamanlı
DİN: Sosial şəbəkələrdə azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb

Sosial şəbəkələrdə azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin görüntülərin Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənov tərəfindən çəkilməsi müəyyən edilib.

Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Digər xəbərlər