http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Ağcabədidə narkotik dövriyyəsi ilə məşğul olan səxslər tutulub

11 Yanvar 2023 , 09:40
Ağcabədidə narkotik dövriyyəsi ilə məşğul olan səxslər tutulub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər nəticəsində dekabr ayında 11, yanvar ayında isə 6 nəfər saxlanılıb və onlardan ümumilikdə 2 kiloqrama yaxın müxtəlif adda narkotik götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə rayon sakini Əli Qurbanov saxlanılıb. Axtarış zamanı ondan 1 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin aşkar edilib. Dinidirilərkən o, narkotik vasitəni Bakı şəhərindəki ərazidən götürərək yaşadığı ünvana gətirdiyini etiraf edib.

Bundan başqa keçirilmiş tədbirlərlə dekabr və yanvar aylarında daha 16 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıb. Həmin şəxslərdən də müxtəlif çəkilərdə narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu