http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

79-cu Venesiya Film Festivalının qalibləri açıqlanıb

12 Sentyabr 2022 , 08:45
79-cu Venesiya Film Festivalının qalibləri açıqlanıb

İtaliyanın Venesiya şəhərində keçirilən ənənəvi Film Festivalı başa çatıb.

Festival çərçivəsində avqustun 31-dən sentyabrın 10-dək Palazzo del Casino və Lido di Venezia salonlarında dünya kinosunun yeni əsərləri ictimaiyyətə təqdim olunub. Festival müxtəlif qitələrdə çəkilmiş bir neçə filmin nümayişi ilə açılıb. Müsabiqədə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 23 ekran əsəri nümayiş etdirilib.

Amerikalı aktrisa və yazıçı Culian Murun sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən, amerikalı rejissor və sənədli filmlərin prodüseri Laura Poitrasın “Bütün gözəlliklər və qanlar” filmi “Ən yaxşı film” nominasiyasında 79-cu Venesiya Film Festivalının “Qızıl şir” mükafatını qazanıb. İtaliyalı rejissor, prodüser və ssenari müəllifi Luka Quadaqnino isə “Sümüklər və hamısı” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında gümüş mükafata yiyələnib.

Məşhur iranlı rejissor Cəfər Pənahinin “Ayılarsız” filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

“Müqəddəs Ömər” filminin rejissoru Alis Diop “Gələcəyin aslanı” mükafatına yiyələnib, italiyalı aktrisa Vera Cemma “Ən yaxşı aktrisa” nominasiyasında qalib olub. İrlandiyalı aktyor Colin Farrell kişilərdə, avstraliyalı aktrisa və prodüser Keyt Blanşett isə qadınlarda “Volpi” kubokunu qazanıb.

Kanadalı gənc aktrisa Teylor Rassl “Sümüklər və hamısı” filmindəki roluna görə inkişaf etməkdə olan gənc aktyor və aktrisalara verilən “Marçello Mastroyanni” mükafatına layiq görülüb.

Festival çərçivəsində 44 günlük Vətən müharibəsi fonunda cərəyan edən hadisələrdən bəhs edən “Banu” filmi də təqdim olunub. Prodüserliyini “Noori Pictures” şirkətinin etdiyi filmin rejissoru və baş rolun ifaçısı Təhminə Rafaelladır. Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, habelə aktyorlar Zaur Şəfiyev, Cəfər Həsən, Kəbirə Həşimli, Emin Əskərov və Dəniz Tacəddin rol alıblar.

79-cu Venesiya Film Festivalına dünyanın müxtəlif ölkələrindən bir çox kino ulduzu qatılıb.

OXŞAR XƏBƏRLƏR
Aktyor Bob Nyuhart vəfat edib

Aktyor Bob Nyuhart vəfat edib

Türkiyədə "Azərbaycan Sirləri" adlı kitab nəşr olunub

Türkiyədə "Azərbaycan Sirləri" adlı kitab nəşr olunub

Azərbaycanlı bəstəkarın əsəri Polşada birinci yerə layiq görülüb

Azərbaycanlı bəstəkarın əsəri Polşada birinci yerə layiq görülüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu