Menyu

Buzovnada qəbristanlıqdan oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Buzovnada qəbristanlıqdan oğurluq edən şəxs saxlanılıb
1 dəq oxu

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbristanlıqda məzarların birindən 1500 manat dəyərində dəmir barmaqlığın oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Emin Qurbanov, əvvəllər məhkum olunmuşlar - Nadir Namazov və Kamran Quliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər