Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2022-ci ildə 9,9 milyon müraciət qeydə alınıb.
Qrumdan "Operativ Media"ya verilən məlumata görə, ötən il e-təyinatlar davam edib, 231 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, e-qaydada 212 min fərdi şəxsihesab açılıb.+1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyimüəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrintəyinatı e-sistem üzərindən aparılır.
Son bir ildə bu istiqamətdə proaktiv qaydada 17,7min təyinat həyata keçirilib.Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 50-dənçox qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlartərəfindən 2022-ci ildə Nazirliyin informasiya bazalarına edilən sorğu sayı 209 milyon, servislər üzərindən mübadilə sayı 17,8 milyon olub






