http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Baş Qərargah rəisi Hərbi İnstitutda olub

11 Yanvar 2023 , 16:44
Baş Qərargah rəisi Hərbi İnstitutda olub

Yanvarın 11-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik K.Vəliyev semestr imtahanlarının gedişini yoxlayıb, hərbi institutun tədris-maddi bazasına baxış keçirib, elektron kitabxana, kompüter və digər sinif otaqlarında yaradılan şəraitlə tanış olub.

Baş Qərargah rəisi şəxsi heyətlə görüşərək onların qarşısında çıxış edib. Vətən müharibəsində əldə edilmiş qələbədən sonra bölgədə yaranan vəziyyət, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində hərbi infrastrukturun genişləndirilməsi və digər məsələlərə toxunan general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son müsahibəsində Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi fikirləri bir daha şəxsi heyətə çatdırıb. O, Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə Ordumuzun hər an hazır olduğunu bildirərək ölkəmizin Cənubi Qafqazın ən güclü Ordusuna malik olduğunu xüsusi vurğulayıb. Hərbi təhsil sahəsində qardaş Türkiyə və dünyanın digər qabaqcıl ölkələrinin təcrübəsindən yararlanmağın vacibliyini qeyd edən Baş Qərargah rəisi gələcək zabitlərin peşəkar komandir kimi yetişməsi üçün fərdi hazırlığa xüsusi diqqət yetirilməsini, habelə bilik və bacarıqlarının daim artırılmasını tövsiyə edib. Hərbi təhsil sahəsində islahatların davam etdiriləcəyini qeyd edən general-polkovnik K.Vəliyev təlim və tədris prosesinin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin tapşırıqlarını aidiyyəti vəzifəli şəxslərə çatdırıb.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu