11 Yanvar 2023, 17:36
Bakıda ayaqqabı mağazası yanğın təhlükəsizliyi səbəbindən bağlanıb
Bakıda ayaqqabı mağazası yanğın təhlükəsizliyi səbəbindən bağlanıb şəkil
Bakıda ayaqqabı mağazası yanğın təhlükəsizliyi səbəbindən bağlanıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 ünvanında yerləşən “Avangard” ayaqqabı mağazasında keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığını müəyyən edib.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Həmçinin obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb, anbar otağındakı taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb, obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin ölçülməsi barədə sənəd təqdim edilməyib.

Bundan başqa, obyekt odsöndürən balonlarla təmin olunmayıb, mağazanın anbar otaqları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 ünvanında yerləşən “Avangard” ayaqqabı mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Son xəbərlər
“Radez” MMC gömrük qaydalarını pozduğu üçün cərimələnib
Ermənistan MSK Avropaya inteqrasiya ilə bağlı toplanmış imzaları etibarlı sayıb
İlham Əliyev: Bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvaram
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB
Nobel mükafatı laureatlara təqdim edilib
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
10.Dekabr.2024, 17:18
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Azərbaycan II Liqası: "Qusar" səfərdə, "Hypers Guba" evdə qalib gəldi
Suriya keçid hökumətinin müvəqqəti Baş naziri təyin edilib
Vəkillər Kollegiyasında Məhkəmə Ekspertizası Şurasının İşçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib
Cənub Qaz Dəhlizinin idarə olunması SOCAR-a həvalə edilib - SƏRƏNCAM