Menyu

Masallıda 32 baş qoyun oğurlayan şəxslər saxlanılıb

Masallıda 32 baş qoyun oğurlayan şəxslər saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fermalardan birindən 32 baş qoyun oğurlayan həmkəndlilər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, gecə saatlarında G.Əliyevə məxsus Masallı rayonunun Bədəlan kəndində yerləşən fermadan ümumi dəyəri 10840 manat olan 32 baş qoyunun oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Masallı rayonunun Sirəbil kənd sakinləri V. Şahmarov və İ. Əhmədli olduqları müəyyən edilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər