http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Nizamidə 2 nəfərdən 8 kiloqrama yaxın narkotik vasitə götürülüb

12 Yanvar 2023 , 12:17
Nizamidə 2 nəfərdən 8 kiloqrama yaxın narkotik vasitə götürülüb

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Polisə Elnur adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs - Elnur Sultanov tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 büküm heroin aşkar edilib. Saxlanılan şəxs tanışı Hikmət Səmədovun tapşırığı ilə Nizami rayonu və paytaxtın digər ərazilərində narkokuryerlik etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Hikmət Səmədov da qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib. Sonuncunun idarə etdiyi avtomobildən 2 kiloqram 668 qram heroin və 5 kiloqramdan artıq marixuana aşkar olunub. Hikmət Səmədov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Baba” adlı şəxsdən Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib. 


Aşkar edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

XƏBƏR LENTİ
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
Menyu